Professor Rüfət Kəlbəliyev NDU tələbələri üçün elmi-nəzəri seminar keçib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Elmi-tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun professoru Rüfət Kəlbəliyev Universitetin Memarlıq və mühəndislik fakültəsində “Elektroenergetikanın müasir problemləri” mövzusunda onlayn elmi-nəzəri seminar keçirib
“Elektroenergetika mühəndisliyi” ixtisası tələbələri üçün mühüm əhəmiyyət daşıyan elmi-nəzəri seminarda ənənəvi və qeyri-ənənəvi saf, ekoloji cəhətdən təmiz enerji mənbələrindən elektrik enerjisinin alınma prosesi haqqında məlumat verən professor Rüfət Kəlbəliyev Memarlıq və mühəndislik fakültəsində mövcud olan günəş və külək enerjisinin fakültənin enerji təminatının 50 faizini ödəməsini yüksək məmnunluqla qarşılayıb. Hidroenergetikada SES-lərinin güclərinə görə növləri, çayların sululuq dərəcəsi, topoqrafik şəraitdən asılı olaraq çaylar üzərində SES-in tikilməsindən danışan professor, həmçinin İES-də istifadə olunan yanacağın növləri, yanma prosesi, qaz, mazut, kömür kimi yanacaq materiallarının xarakteristikası, alınması haqqında danışıb və atom elektrik stansiyalarında istifadə olunan uranın uran filizindən alınması prosesi və onun 3 izotopu barədə tələbələrə məlumat verilib.
Səadət Əliyeva