Novruz bayramına həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri müəyyənləşib

A- A A+

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə şagirdlər arasında “Novruz milli-mənəvi dəyərlərimizin parlaq təcəssümüdür” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri müəyyənləşib.

Muxtar respublikanın Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, müsabiqə Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə keçirilib. İnşa yazı müsabiqəsində muxtar respublika ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 34 şagird iştirak edib.

Şagirdlər 2 saat ərzində Novruz bayramı ilə bağlı inşa yazıblar.

Müsabiqə iştirakçılarının yazı işləri münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndirilib. Nəticələrə uyğun olaraq inşa yazı müsabiqəsində Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin X sinif şagirdi Ayşən Qəribli I, Ordubad rayon Nüsnüs kənd tam orta məktəbinin IX sinif şagirdi Nazilə Məmmədzadə və Babək rayon Şıxmahmud kənd tam orta məktəbinin XI sinif şagirdi Sofiya Bayramova II, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin X sinif şagirdi Sevil Fətəliyeva, Heydər Əliyev adına tam orta məktəbin XI sinif şagirdi Fidan İsmayılova və Naxçıvan Qızlar Liseyinin X sinif şagirdi Leyla Musazadə III yeri tutublar. Heydər Əliyev adına Hərbi Liseyin II kurs kursantı Vüqar Əhmədov, Şərur rayon Oğlanqala kənd tam orta məktəbin X sinif şagirdi Zülfiyyə Abdullayeva, Ordubad rayon Yuxarı Əylis kənd tam orta məktəbin X sinif şagirdi Xanım Məmmədli, Sədərək kənd 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Tərlan İbrahimova və həmin məktəbin XI sinif şagirdi Firuzə Bağırova isə həvəsləndirici yerə layiq görülüblər.

Növbəti mərhələdə keçiriləcək müsabiqədə qaliblər diplomla mükafatlandırılacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: