NDU 2021-2022-ci tədris ili üçün “Hərbi tibb” ixtisasına tələbə qəbulu elan edir

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin nəzdində açılan “Hərbi tibb” ixtisası üzrə tədris əyani formada və Azərbaycan dilində aparılır. Təhsil müddəti 6 ildir.

“Hərbi tibb” ixtisasına cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, sentyabr ayının 15-dək 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və hərbi vəzifəlilər qəbul edilir.

“Hərbi tibb” ixtisasına qəbul olmaq istəyən namizədlər 1 aprel 2021-ci il tarixdən 30 aprel 2021-ci il tarixədək ərizə ilə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dekanlığına müraciət etməlidirlər.

Sənədlər Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində yaradılmış komissiya tərəfindən qəbul olunur. 

Əlavə məlumatlar Naxçıvan Dövlət Universitetinin internet saytında (www.ndu.edu.az) yer­ləşdiriləcək.

Ünvan: Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

Telefon: (+99436) 544-08-61 (2700), +99450 300 42 80 

Faks: (+99436) 545-72-88

E-poçt:   [email protected]  /  [email protected]

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: