Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırılması davam edir - FOTOLAR

A- A A+

Muxtar respublikada yanvarın 14-dən başlanan təhsilverənlərin sertifikatlaşdırılması aprelin sonunadək davam edəcək.

Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, martın 15-dən isə tarix müəllimlərinin sertifikatlaşmasının test mərhələsinə başlanılıb.

Serifikatlaşmanın II mərhələsi - müsahibə mərhələsi isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin İmtahan Mərkəzində Təhsil Nazirliyinin Sertifikatlaşdırma Şurası tərəfindən aparılır.

Qaydaya əsasən, üzrlü, yaxud üzrsüz səbəblərdən sertifikasiyadan keçə bilməyənlər 1 il müddətində təkrar iştirak hüququna sahib olurlar. Hamilə qadınlar, ilk dəfə işə qəbul olunanlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, həmçinin uşağını təkbaşına böyüdən kişilər sertifikasiya olunmurlar.

Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi həmin tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv ediləcək.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 110 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən 2020-2021-ci tədris ilindən başlayaraq muxtar respublikada dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə sertifikatlaşdırmaya cəlb olunublar

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: