“Naxçıvan” Universiteti daha bir beynəlxalq konfransda təmsil olunub

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Universitetin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli “Avropa Universitetləri Konfransı - 2021” adlı beynəlxalq tədbirdə iştirak edib. Qeyd edək ki, bu konfrans Avropa qitəsinin müxtəlif yerlərindən yüzlərlə universitet və kolleci, beynəlxalq təhsil idarəçilərini və işəgötürənləri bir araya gətirən ilk interaktiv konfransdır.

20 milyondan çox tələbədən ibarət beynəlxalq bir cəmiyyət - “Docsity”nin ev sahibliyi etdiyi konfrans, iştirakçılar tərəfindən maraqla qarşılanıb. 3 saata yaxın vaxt ərzində təhsil müəssisələrində təhsilin davamlılığını təmin etmək, beynəlxalq əməkdaşlığın təşviqini həyata keçirmək, tələbələrin işə qəbulu və karyera imkanlarına dəstək olmaq məqsədilə fikir mübadiləsi aparılıb.  

Konfransda təhsildə yeni trendlər, yenilikçi vasitələr və sabahın təhsili ilə əlaqəli bütün aspektlər virtual şəkildə müzakirə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: