“Milli-mənəvi dəyər daşıyıcısı-Novruz” - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AMEA Naxçıvan Bölməsi ilə muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbi arasında  təşkil olunan interaktiv dərs belə adlanıb. 

Məktəblərlə interaktiv bağlantıda AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova məlumat verib ki, 2009-cu il sentyabrın 30-da Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrsi siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT-nin 64-cü Baş Assambleyasının iclasında hər il martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.

 İnteraktiv dərsdə bildirilib ki, Novruz milli birlik və bərabərliyi özündə ehtiva edən bayramdır. Tarixin müxtəlif dövrlərində Novruzun keçirilməsinə qadağalar qoyulmuşdu. Ancaq dahi rəhbər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra Novruz xalqımız tərəfindən böyük təntənə ilə keçirilməyə başlandı. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra öz tarixi keçmişini, zəngin ənənələrini inkişaf etdirib. Məhz bundan sonra digər milli bayramlar kimi, Novruz da daha geniş qeyd olunub. Uzun illərdir ümumxalq bayramı-Novruzda ölkəmizin digər guşələrində olduğu kimi, muxtar respublikada da müxtəlif el şənlikləri və mərasimlər təşkil edilir.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: