NDU-da 31 mart- Azərbaycanlıların soyqırımı günü yad edilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, əvvəlcə universitetin İncəsənət fakültəsində tələbələrin çəkdikləri 40-a yaxın rəsm əsərinin nümayiş olunduğu sərgiyə baxış olub.
Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli siyasi qiymət olub. Vurğulanıb ki, bu tarixi sənəd Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da fundamental bir proqramdır. Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və şanlı ordumuzun rəşadəti ilə qazandığımız qələbəni düşmənə verilən layiqli dərs kimi dəyərləndirən rektor fəxr hissi ilə qeyd edib ki, artıq Azərbaycan XXI əsrdə kiçik dövlətlərin ən müasir və yüksək keyfiyyətli silah və hərbi sistemlərdən səmərəli istifadə etməklə, hərb meydanında qələbə əldə edə biləcəklərini sübuta yetirdi. Rektor gənc nəsli soyqırımı qurbanlarının, hər iki Qarabağ müharibəsi şəhidlərinin xatirəsini daim əziz tutmağa və tarix boyu bədnam qonşularımızın başımıza gətirdikləri faciələri unutmamağa çağırıb.
Tədbirdə soyqırımı qurbanlarının və Vətənimiz uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonda soyqırım hadisələrini əks etdirən sənədli film nümayiş olunub.
Səadət Əliyeva