“Oxunması zəruri olan kitablar” artıq mobil tətbiq vasitəsilə də oxunacaq - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, NDU-nun Beynəlxalq münasibətlər və hüquq fakültəsində təşkil olunan “Oxunması zəruri olan kitablar”ın mobil tətbiqinin təqdimat mərasimində tələbələrin innovativ düşüncələrinin məhsulu olan layihəni yüksək qiymətləndirən rektor Elbrus İsayev bu cür yenilikçi layihələrin, tədbirlərin davamlı olmasını qarşıya məqsəd kimi qoyub. Vurğulanıb ki, görülən bu işlər informasiya cəmiyyətinin inkişafına, gələcəyimiz olan gənclərin hərtərəfli bilik və dünyagörüşünə malik gənclər kimi yetişməsinə əhəmiyyətli təsir edəcək.

Mobil tətbiqin istifadə qaydaları slayd vasitəsilə tələbələrin diqqətinə çatdırılıb. Öz dizayn fərqliliyi, rahat interfeysi, oflayn rejimdə işləməsi və ən əsası daha əlçatan olması ilə seçilən mobil tətbiqin ilk səhifəsində müvafiq Sərəncamın mətni yerləşdirilib. Proqrama 33 kitab əlavə olunub. Vurğulanıb ki, proqram Android əməliyyat sistemini dəstəkləyən smartfonlarda çalışır, gələcəkdə İOS əməliyyat sistemində işləməsi də planlaşdırılır.

Vurğulanıb ki, proqramda kitabların audio variantlarının yerləşdirilməsi və kitablarda oxunulan maraqlı yerləri işarələmək funksiyalarının əlavə edilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2017-ci il  avqustun 28-də “Oxunması zəruri olan kitablar haqqında” Sərəncam imzalayıb.

Etibar Dərbəndəliyev

Naxçıvan Dövlət Universiteti

 “Jurnalistika” ixtisası üzrə III kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: