NDU müəllimi Xəzər Hüseynovun elmi məqaləsi yüksək impaktfaktorlu jurnalda dərc olunub - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Universiteti “Azərbaycan tarixi” kafedrasının dosenti, tarix üzrə elmlər doktoru Xəzər Hüseynovun “Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı tarixindən (1991-2015)” adlı elmi məqaləsi Rumıniyanın Transylvanian Review yüksək impaktfaktorlu jurnalında dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə 1991-2015-ci illərdə Naxçıvan Muxtar Respubli­ka­­sında kənd təsərrüfatı məhsullarının istehsalı və məhsuldarlığı tədqiq olunur. Muxtar respublikada kənd təsərrüfatını inkişaf etdirmək və əhalinin ərzaq məhsul­ları ilə təminatının yaxşılaş­dırılması məqsədilə Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifə­sində işləyərkən, 1992-ci il aprel ayının 6-da muxtar respublikada ilk dəfə olaraq aqrar islahatlar həyata keçirilməsi haqda ətraflı məlumat verilir. Məqalədə, həmçinin qeyd edilir ki, aqrar islahatların həyata keçirilməsi nəticəsində muxtar respublikanın kənd təsərrüfatında ildən-ilə artım əldə edilib.

Jurnalın veb saytı: http://www.transylvanianreviewjournal.com/

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: