Naxçıvan Qızlar Liseyinə və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə şagird qəbulu elan edilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi 2021-2022-ci tədris ili üçün Naxçıvan Qızlar Liseyinə və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə şagird qəbulu elan edir.

Naxçıvan Qızlar Liseyinə şagird qəbulu 2021-2022-ci tədris ili üzrə ümumtəhsil məktəblərinin V sinfində təhsil alacaq qız şagirdləri arasında, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul  isə ümumtəhsil məktəblərinin VII sinfində təhsil alacaq oğlan şagirdləri arasında müsabiqə yolu ilə aparılır.

Hər iki təhsil müəsissəsinə qəbul olmaq istəyənlər üçün sənəd qəbulu 1 aprel 2021-ci il tarixdən 25 may 2021-ci il tarixinədək qəbul ediləcəkdir.

Qızlar Liseyinə müsabiqə 11 iyun, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə 10 iyun 2021-ci il tarixdə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə keçiriləcəkdir. Hər iki Liseyə qəbul üçün keçiriləcək müsabiqə test formatında aparılır. Muxtar respublika üzrə ən yüksək nəticə göstərən 60 şagird adı çəkilən liseylərə qəbul olunacaqdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: