Dövlət İmtahan Mərkəzi tərəfindən ötən ay imtahanların keçirilməsi uğurla davam etdirilib

A- A A+

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 14 oktyabr 2020-ci il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsi martın 13-də başa çatıb. Müsahibə mərhələsində iştirak etmək üçün sənəd təqdim etmiş 341 namizəddən 235-i müsahibə mərhələsində iştirak edib, onlardan 115-i müvəffəqiyyət qazanıb. Qanunvericiliyə uyğun olaraq keçid balını toplamış 90 nəfərin sənədi təyin olunmaq üçün müvafiq dövlət orqanlarına göndərilib.

Həmçinin təhsilverənlərin sertifikatlaşdırılması imtahanlarında, ümumilikdə 4210 təhsilverən sertifikasiya imtahanında iştirak edib. Onlardan 2412-si müvafiq keçid balını toplayıb. Muxtar respublika üzrə riyaziyyat, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı, tarix, ingilis dili, fiziki tərbiyə, biologiya və texnologiya müəllimlərinin sertifikasiyası tam başa çatdırılıb.

Mart ayı ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğu sahəsində təşkil olunmuş hazırlıq kurslarında 110, müəllimlərin işə qəbulu üçün hazırlıq kurslarında 21 nəfər, dövlət qulluğuna qəbulla bağlı keçirilən sınaq imtahanında 26 nəfər iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: