NASA helikopterinin Marsa ilk uçuşu barədə açıqlama yayıb

174

“Ingenuity” helikopterinin Marsa birinci sınaq uçuşu bazar günündən tez olmayacaq.

NUHÇIXAN İnformasiya Agentliyi “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Milli Kosmik və Aviasiya İdarəsinin (NASA) mətbuat xidməti bildirib.

Daha əvvəl məlumat verilib ki, “Ingenuity” ilk uçuşunu təxminən aprelin 8-də edəcək. Lakin NASA dəqiqləşdirib ki, bu, bir neçə gün sonra olacaq, ancaq bununla belə, agentlik uçuşun təxirə salınmasının səbəblərini açıqlamayıb.

Helikoterin təxminən üç metr hündürlükdə olacaq uçuşu uğurlu olacağı halda gələcəkdə təxminən 5 metr yüksəklikdə reallaşacaq. NASA vurğulayıb ki, bu, aparatın başqa bir planetin səthindəki "ilk ötürücü və idarə olunan uçuşu" olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: