Naxçıvan Dövlət Universiteti Tibb fakültəsi tələbələrinin istehsalat təcrübəsi başlayıb

A- A A+

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin Əczaçılıq, Baytarlıq üzrə IV,  Stomatologiya ixtisası üzrə V kurs tələbələrinin istehsalat təcrübələrinin başlanğıc konfransı keçirilib.

NUHÇIXAN İnformaasiya Agentliyi xəbər verir ki, tədbirdə universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qeyd edib ki,  artıq 2021- 2022-ci tədris ilindən etibarən ilk dəfə olaraq Hərbi tibb ixtisasına qəbul həyata keçiriləcək. Tibb fakültəsində tələbələrin ixtisaslı kadr kimi yetişməsi üçün yaradılan lazımi şəraitin mövcudluğundan danışan prorektor tələbələrin muxtar respublikanın səhiyyə müəssisələrində keçdikləri təcrübənin onların gələcək peşə vərdişlərində faydalı olacağını diqqətə çatdırıb. 

Səhiyyə Nazirinin müavini Samrat Gəncəyevanın, Dövlət Baytarlıq Xidmətinin rəis müavini Məhəmməd Hüseynovun, aidiyyəti ixtisaslar üzrə fakültə dekanlarının çıxışları dinlənilib. 

Sonda tələbələrin sualları cavablandırılıb, mövzu ilə bağlı təkliflər dəyərləndirilib. 

Səadət Əliyeva 
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: