“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı regional Dövlət proqramlarının icrası müstəvisində” adlı dərs vəsaitinin təqdimatı olub

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında təqdimatı keçirilən dərs vəsaitinin müəllifi “Dünya iqtisadiyyatı və menecment” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Cavadxan Qasımovdur.

Təqdimat zamanı “Dünya iqtisadiyyatı və menecment kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru dosent Ceyhun Mahmudov bildirib ki, dərs vəsaitində 2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları dövründə muxtar respublikada əldə olunan çoxşaxəli perspektivlərdən söhbət açılıb, geniş tədqiqat obyektinə cəlb olunub və  əsərin tamamlanmasında statistik göstəricilər əsasında təhlillər aparılıb, elmi cəhətdən əsaslandırılmaqla, müəllif tərəfindən şəkillər, sxemlər və cədvəllər tərtib olunub. Giriş və 9 fəsildən ibarət  olan dərs vəsaitində muxtar respublikanın sosial-iqtisadi inkişafı və milli iqtisadi quruculuq prosesləri və müxtəlif sahələr üzrə inkişaf perspektivləri araşdırılıb. 

Modern milli iqtisadiyyat üçün aktual olan anlayışların izahı  verilən dərs vəsaiti  tələbələr, magistrant, dissertant, doktorantlar üçün qiymətli tədqiqat materialıdır. 

Sonda müəllif universitetdə yaradıcılıqla məşğul olan hər bir ziyalı üçün mövcud olan şəraitə görə   minnətdarlığını  bildirib.

Səadət Əliyeva 
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: