Ali təhsil ocağında gənclərin dini savadlılığının artırılması diqqətdə saxlanılır

A- A A+

Muxtar respublikada tarixi-mədəni irsin, eləcə də İslam dəyərlərinin layiqincə qorunub yaşadılmasına xüsusi diqqət yetirilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə NDU-da “Gənclərin dini savadlılığının artırılması mövzusunda” keçirilən tədbirdə rektor Elbrus İsayev danışıb. Rektor gənclərin dini düşüncələrinin formalaşması və inkişafı baxımından bu kimi tədbirlərin xüsusi əhəmiyyəti olduğunu vurğulayıb.

“Din-dövlət münasibətləri, fərqli inanclar və baxışlar” adlı çıxışında Dini Qurumlarla İş Üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında din elmi şəkildə öyrənilir və təbliğ olunur. Dini dəyərlərin olduğu kimi təbliğinə xidmət edən və onun mahiyyətini açan kitablar nəşr edilir. Vüqar Babayev tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, bu gün muxtar respublikada kifayət qədər məscid, dini abidələr vardır. Sovet hakimiyyəti zamanı Naxçıvan Muxtar Respublikasında 78 məscid fəaliyyət göstərirdisə, muxtariyyətdən sonra bu say 213-ə qalxıb. Bundan əlavə 25-dən çox pir və ibadətgahlar da dinə etiqad edənlərin ziyarət yerinə çevrilib. Vüqar Babayev gəncləri dini yalnış şəkildə təbliğ edən insanlardan uzaq olmağa və dini elmi şəkildə dərk edib öyrənməyə çağırıb. Tələbələrin suallarını cavablandıran Agentliyin direktoru dinə dair müxtəlif ədəbiyyatları universitetin Elmi Kitabxanasına hədiyyə edib.

Oxunması zəruri olan ədəbiyyatlardan “Mister Hemferin xatirələri” əsərinin mövzusu, mahiyyəti və gənclərin dini savadlığının artırılmasında rolundan danışan universitetin Ümumi işlər üzrə prorektoru Xəyal Camalov əsərin gənc nəsil üçün faydalı cəhətlərinə toxunub və hər kəsi bu əsəri oxuyub ondan nəticə çıxarmağa səsləyib.  

Etibar Dərbəndəliyev

Naxçıvan Dövlət Universiteti

“Jurnalistika” ixtisası üzrə III kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: