AMEA Naxçıvan Bölməsində yeni yaradılan üzüm sortlarına patent və müəlliflik şəhadətnaməsi verilib - FOTOLAR

A- A A+

Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Bioresurslar İnstitutunun Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmləri doktoru, dosent Varis Quliyevin üzümçülük üzrə uzun illərdən bəri apardığı məqsədyönlü elmi-tədqiqat işləri uğurla nəticələnib. Belə ki, tədqiqatçı alimə müxtəlif genetik üsullarla yeni yaratdığı “Naxçıvan muskatı”, “Əlincə”, “Oğuz üzümü”, “Qəhvəyi kişmişi”, “Milax üzümü”, “Bənəniyar üzümü” adlı üzüm sortlarına görə Azərbaycan Kənd Təsərrüfat Nazirliyi Aqrar xidmətlər Agentliyi tərəfindən 6 patent və müəlliflik şəhadətnaməsi  verilib.

Təcrübəli ampeloqraf alim Varis Quliyev 40 ilə yaxın müddətdə üzüm bitkisinin genetikası və seleksiyası istiqamətində məqsədyönlü elmi-tədqiqatla məşğuldur. Aparılan tədqiqatların əsas məqsədi muxtar respublikada üzüm genofondunun tədqiqi, təsərrüfat-texnoloji xüsusiyyətlərinin araşdırılması, tətbiqyönümlü sortların müəyyənləşdirilməsi, seleksiya yolu ilə şaxtaya, xəstəlik və zərərvericilərə qarşı dözümlü yeni sortların əldə olunmasıdır.

Aqrar elmləri doktoru, dosent Varis Quliyev həm də “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”, iki cilidlik “Azərbaycan ampeloqrafiyası” və digər kapital əsərlərin əsas müəllifidir.

Qeyd edək ki, “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair”, “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair” Dövlət Proqramlarının qəbul olunması Meyvə, tərəvəz və üzümçülük laboratoriyasında da yeni tətbiqyönümlü  üzüm  sortları ilə bağlı tədqiqatların intensiv aparılmasına stimul yaradıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: