“Naxçıvan” Universiteti Cluster Meetingdə iştirak edib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ölkənin bütün ali təhsil müəssisələrinin beynəlxalq əlaqələr şöbələri və layihə departamentlərinin iştirak etdiyi və Azərbaycan Milli Erasmus ofisinin təşkilatçılığı ilə keçirilən Cluster Meeting görüşündə “Naxçıvan” Universitetini Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli təmsil edib. Onlayn şəkildə keçirilən görüş zamanı 5 layihənin təqdimatı olub.

Görüşün əsas məqsədi Erasmus Plus proqramı çərçivəsində  keçiriləcək layihələr haqqında məlumat vermək olub.

Xatırladaq ki, növbəti ildə isə ECAR qrant layihəsinin tərəfdaşı olacaq  “Naxçıvan” Universiteti bu günə qədər 1 Tempus və 3 Erasmus olmaqla, 4 - ENOTES, COMOLTE, AESOP, EQAC genişmiqyaslı qranta layihələrində iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: