“Xəmsə” milli intellektual oyununun Naxçıvan şəhər mərhələsi başa çatıb - FOTOLAR

A- A A+

Ümumtəhsil məktəblərinin komandaları arasında keçirilən “Xəmsə” milli intellektual oyununun Naxçıvan şəhər mərhələsi başa çatıb.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, məktəblilərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmə marağı artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən yarış Məhəmməd Tağı Sidqi adına 4 nömrəli tam orta məktəbdə reallaşıb. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Təhsil Şöbəsinin birgə təşkil etdiyi oyunda 8 komanda iştirak edib.

Nəticələr əsasən I yerə 4300 xalla 5 nömrəli tam orta məktəbin “Gəmiqaya” komandası, II yerə 3950 xalla 17 nömrəli tam orta məktəbin “Nəqşicahan” komandası, III yerə isə 500 xalla 8 nömrəli tam orta məktəbin “Zirvə” komandası layiq görülüb.

Qalib komandalara və üzvlərinə təşkilatçıların diplomları təqdim edilib.

Qeyd edək ki, I yerin qalibi olan “Gəmiqaya” komandası bu ilin may ayında keçirilməsi nəzərdə tutulan muxtar respublika mərhələsində Naxçıvan şəhərini təmsil edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: