Naxçıvan Dövlət Universiteti ingilis dilli “İqtisadiyyat” ixtisasında tədris uğurla davam edir

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikir Naxçıvan Dövlət Universiteti “İqtisadiyyat və idarəetmə” fakültəsində tədrisi ingilis dilində olan “İqtisadiyyat” ixtisasının tələbələri üçün təşkil olunan dəyirmi masada səslənib.

Universitetin rektoru Elbrus İsayev növbəti ixtisasların da tədrisinin ingilis dilində olmasına zəmin yaradan bu ixtisasın açılmasını ali təhsil ocağında uğurlu bir başlanğıc hesab edib. Qeyd edilib ki, bu cür ixtisasların açılması ilə universitet məzunlarının karyera imkanları dəyərləndiriləcək və xarici tələbələrin universitetdə təhsil almaq imkanları daha da artacaq. Bildirilib ki, fakültənin nəzdində yaradılmış müstəqil iqtisadi kitabxana fonduna ingillisdilli ixtisas ədəbiyyatları daxil edilib və ixtisaslar zəruri ədəbiyyatlarla təmin olunub. “Gələcəkdə kitabxananın zənginləşdirilməsi əsas hədəfimizdir”,- deyən rektor lazımlı ədəbiyyatların mütəxəssislər tərəfindən yazılması ilə bərabər tərcümə olunmasını da məqsədəuyğun hesab edib. Diqqətə çatdırılıb ki, hazırda muxtar respublika iqtisadiyyatına dair kitab həm bu sahə üzrə, həm də ingilis dili bacarıqlarına malik mütəxəssislərin səyi nəticəsində ərsəyə gəlir.

Sonra ingilis dilinə tərcümə edilmiş “Sənayeləşmiş Naxçıvan” filmi izlənilib, “Mənim iqtisadi düşüncələrim” mövzusu üzrə fikir mübadiləsi aparılıb.

Fakültənin müəllimi Elşən Nəsirov muxtar respublika iqtisadiyyatının çoxşaxəli fəaliyyəti haqqında çıxış edib.

Müzakirədə “İqtisadiyyat” ixtisası üzrə ingilis dilində təhsil alan I kurs tələbələri ilə yanaşı əcnəbi tələbələr də fəallıq göstəriblər. Xarici tələbələr öz ölkələri ilə muxtar respublika iqtisadiyyatının fərqli cəhətlərinə toxunublar.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: