NDU-da Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ali təhsil ocağının Tarix–filologiya fakültəsində bu münasibətlə keçirilən tədbirdə fakültə dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Bağırov bu əlamətdar günün UNESCO tərəfindən 1983-cü ildə təsis olunduğunu, ölkəmizdə taixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görüldüyünü deyib.

“Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Məmməd Əliyev bildirib ki, 2005-ci ilin 6 dekabr tarixli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı sərəncamla muxtar respublikanın tarixi abidələri siyahıya alınıb və pasportlaşdırılıb. Belə ki, sənədləşdirilən 1217 abidənin 57-si dünya, 495-i ölkə, 665-i yerli əhəmiyyətli statusa malikdir. Vurğulanıb ki, hər il fakültədən məzun olan “Muzeyşünaslıq” ixtisasının tələbələri muxtar respublikanın bu sahəyə olan kadr potensialını təmin edir.

Sonra tələbələrə Möminə Xatın türbəsi haqqında məlumat verilib, tarixi abidələrimizin təbliğində gənclərin rolundan danışılıb.

Etibar Dərbəndəliyev

Naxçıvan Dövlət Universiteti

“Jurnalistika” ixtisası üzrə III kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: