“Naxçıvan” Universiteti ilə Polşa Respublikasının Lodz Humanitar və İqtisadi Elmlər Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb
Universitetin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 5 il müddətinə imzalanan memoranduma, əsasən iki müəssisə arasında tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi, birgə elmi fəaliyyət, beynəlxalq konfrans və tədbirlərin təşkili nəzərdə tutulur.
Dünya təhsil sisteminin yaxından öyrənilməsi, xarici mütəxəssislərin yerli kadrlarla əlaqələndirilməsi, onların təcrübəsindən faydalanmaq, tələbə mübadiləsi və s. kimi məqsədlər daşıyan bu addım həm də universitetin nüfuzunun daha da artmasına, cəmiyyətə daha peşəkar, dünyagörüşlü gənclər qazandırmağa xidmət edir.
Qeyd edək ki, bu razılaşma bir çox ölkələrin ali təhsil, elm ocaqları ilə əməkdaşlıq edən universitetin Polşa Respublikası ilə ilk müqaviləsidir.