Naxçıvan çoxsaylı tarixi abidələri ilə Azərbaycanda turizmin əsas məkanlarından birinə çevrilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikir AMEA-nın Naxçıvan Bölməsində 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə “Naxçıvan Muxtar Respublikasında abidələrin tədqiqi tarixi” mövzusunda keçirilən tədbirdə səslənib.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev bu əlamətdar günün təsis edilmə tarixinə nəzər salıb. Alim çıxışında bu tarixi günün ölkəmizdə hər il qeyd olunmasından, Azərbaycanın  zəngin tarix və mədəniyyət abidələrindən bəhs edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamını xatırladan bölmə sədri ölkəmizdə, eləcə də muxtar respublikada tarix və mədəniyyət abidələrinə göstərilən dövlət qayğısından danışıb. Qeyd olunub ki, bugünə qədər Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən 1216 abidə pasportlaşdırılıb, çoxlu sayda körpü, məscid, türbə, hamam və başqa tipli tikililər yenidən bərpa olunub.

Tədbirdə AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Naxçıvan tarixi abidələr diyarıdır” mövzusunda məruzə edib.

Məruzəçi bildirib ki, Аzərbаycаnın ən qədim bölgələrindən biri olan Nахçıvаndа tаriх və mədəniyyət аbidələrinin qоrunmаsı həmişə diqqət mərkəzində olub. 2002-ci ildə dahi rəhbər Heydər Əliyevin AMEA Naxçıvan Bölməsinin yaradılması ilə bağlı Sərəncam imzalaması, Bölmənin tərkibində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun yaradılması tarix və mədəniyyət abidələrimizin tədqiqində mühüm rol oynayıb.

Bu uzaqgörən siyasətin davamı kimi ölkə başçısı cənаb İlhаm Əliyеvin və Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məclisinin Sədri cənab Vаsif Tаlıbоvun аrхеоlоji аbidələrin öyrənilməsinə göstərdiyi qayğı öz bəhrəsini verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvanda yerləşən tarix və mədəniyyət abidələrinin qorunması və bərpası ilə bağlı imzaladığı Sərəncamlar mədəni irsimizin və tariximizin qorunmasında müstəsna rol oynayıb. Naxçıvan çoxsaylı tarixi abidələri ilə Azərbaycanda turizmin əsas məkanlarından birinə çevrilib.

Alim müstəqillik illərində Naxçıvanda arxeologiya elminin əldə etdiyi nailiyyətlərə diqqət çəkərək qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət abidələrinə göstərilən dövlət qayğısının günü-gündən artması tariximizin müxtəlif səhifələrinin öyrənilməsinə münbit şərait yaradır.

Daha sonra AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli, bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru, dosent Fərman Xəlilov və Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov mövzu ilə bağlı çıxış ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: