NDU-nun “ENACTUS” komandası ölkəmizin ali təhsil müəssisələri arasında keçirilən müsabiqənin qalibi olub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ölkəmizin 19 ali təhsil müəssisəsinin komandası iştirak etdiyi müsabiqə Zoom platforması vasitəsilə onlayn şəkildə baş tutub. Komandalar onlara ayrılan vaxt çərçivəsində öz layihələrini video formatda təqdim edib. Münsiflər heyətinin qərarı ilə Naxçıvan Dövlət Universiteti “ENACTUS” komandasının təqdim etdiyi layihə müsabiqənin qalibi olub. Dövlət Gömrük Komitəsinin Akademiyası II, Azərbaycan Tibb Universitetinin komandası isə III yerə layiq görülüb.

Qeyd edək ki, layihənin məqsədi sənayə müəssisələrində tullantıları nisbətən azaltmaq və bununla da hədəf auditoriyası və komanda üçün gəlir əldə olunmasını təmin etməkdir. Layihə müəllifləri belə hesab edirlər ki, bəzi hallarda sənayə müəssisələri üçün tullantı hesab olunan maddələr digər bir sahədə istifadə oluna bilən xammal ola bilər. Muxtar respublikada kifayət qədər sənayə müəssisələrinin olduğunu nəzərə alaraq bu tullantılardan səmərəli istifadə etmək qərarına gələn komanda iki illik fəaliyyətləri ərzində layihəyə 480 saat vaxt sərf etməklə sənətkarlar üçün yeni iqtisadi imkanlar yaraadıb. İlkin mərhələdə 70 sənətkarın cəlb edildiyi mərhələdə ümumi dəyəri 6800 manat olan 4021 ədəd əl işinin satışı reallaşdırıldı.

"Enactus Onlayn Sahibkarlıq" müsabiqəsi Azərbaycan Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Enactus Azərbaycanın təşkilatçılığı ilə keçirilib.

Səadət Əliyeva 
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: