Məktəblilər arasında maraqlı aksiya: “Mən oxudum, siz də oxuyun” - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mütaliə aylığı” çərçivəsində ümumtəhsil məktəblərinin şagirdləri arasında ilk dəfə “Mən oxudum, Siz də oxuyun” devizi altında kitab bağışlama aksiyası keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı baş tutan tədbirdə gənclərin dünyagörüşünün inkişafında kitabın rolundan danışan Təhsil nazirinin müavini Heyran Əhmədova qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilən əsərlərin mütaliəsinə cəlb edilməsi üçün keçirilən silsilə tədbirlər şagirdlərin dünyagörüşünün və bilik dairəsinin genişlənməsinə, məntiqi təfəkkürünün inkişafına müsbət təsir edir.

Aksiyada iştirak edən şagirdlər oxuduqları Nizami Gəncəvinin “Sirlər xəzinəsi”, M.S.Ordubadinin “Qılınc və qələm”, Teodor Drayzerin “Dahi”, Moris Meterlinkin “Göy quş”, Hüseyn Cavidin “Azər”, Mətanət Məmmədovanın “Naxçıvan blokadası” kitabları barədə məlumatlar veriblər.

Tədbirin sonunda ümumtəhsil məktəblərinin şagirdləri və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri öz sevimli kitablarını bir-birlərinə hədiyyə ediblər.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: