Muxtar respublikanın 200-dən artıq məktəbində izlənilən interaktiv dərs Azərbaycanın görkəmli ədiblərinə həsr olundu - FOTOLAR

A- A A+

“Mütaliə aylığı” çərçivəsində Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə “Azərbaycanın görkəmli ədibləri” mövzusunda növbəti interaktiv dərs keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ədəbiyyat Muzeyinin bələdçisi tərəfindən aparılan dərsi muxtar respublikanın 200-dən çox məktəbinin şagirdləri izləyib.

Bələdçi Rəfiqə Baxşıyeva bildirib ki, Muzeyin Azərbaycan ədəbiyyatı nümunələrini özündə əks etdirən ikinci ekspozisiya zalında 4 yüzə yaxın eksponat nümayiş olunur. Naxçıvan ədəbi mühitinin yetirdiyi şair və yazıçılarla yanaşı, Azərbaycan ədəbiyyatının inkişafında böyük rol oynayan tanınmış ədiblərin yaradıcılıqları barədə də eksponatlara yer verilib.

Bələdçi qeyd edib ki, dövlətimiz tərəfindən Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında yaşayıb-yaradan şair və yazıçılara hər zaman xüsusi diqqət göstərilir, həyat və yaradıcılıqlarının öyrənilməsi və təbliği istiqamətində mühüm işlər görülür.

Sonra tanınmış ədiblərin yaradıcılığı haqqında ətraflı məlumat verilib.

Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: