Cəlil Məmmədquluzadənin ev muzeyində tədbir: “Molla Nəsrəddin”-115 - FOTOLAR

A- A A+

“Molla Nəsrəddin” jurnalı Azərbaycanın tarixi ərazilərini əhatə edib, sözün əsl mənasında böyük və bütöv Azərbaycan ideyasını ortaya qoyub. Vətən, dil və milli istiqlal məsələsi jurnalın əsas məqsədi və yaradıcılıq məramını təşkil edib”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər Cəlil Məmmədquluzadənin ev muzeyində “Molla Nəsrəddin” jurnalının nəşrinin 115-ci il dönümünə həsr olunan tədbirdə vurğulanıb.

“Görkəmli yazıçı Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşirliyi ilə fəaliyyətə başlayan “Molla Nəsrəddin” jurnalı jurnalistika peşəkarlığı, müxbirlik məharəti, milli ideallığı, xalqa bağlılığı, eləcə də müasirliyi və bəşəri dəyərlərə hörməti ilə Azərbaycan milli mətbuat tarixi və onun inkişafında misilsiz yer və mövqe tutur”,- deyə çıxış edənlər qeyd edib.

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov, Bölmənin İncəsənət, Dil və Ədəbiyyat institutunun  ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Orucova, “Naxçıvan” Universitetinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimovun çıxışları dinlənilib.

Muzeyin ekspozisiyasına, eləcə də “Molla Nəsrəddin” jurnalının nəşrinin 115-ci il dönümünə həsr olunan sərgiyə baxış olub. 

 

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: