Türk dünyası yenidən Zəngəzur dəhlizi ilə birləşəcək - FOTOLAR

A- A A+

Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə çıxışı zamanı qədim Azərbaycan torpağı Zəngəzurun indi türk dünyasının birləşməsi rolunu oynayacağını bildirib.  Zəngəzur dəhlizi Naxçıvan üçün də böyük strateji və siyasi əhəmiyyətə malik olacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər  “Naxçıvan” Universitetində  keçirilən konfransda danışılıb.

“Naxçıvan” Universitetinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən konfranda rektor Nurlana Əliyeva konfransın əhəmiyyətindən danışıb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli vurğulayıb ki, 44 gün davam edən Vətən müharibəsi müzəffər ordumuzun şanlı qələbəsi regionda yeni siyasi reallıqlar yaratmaqla, Zəngəzur dəhlizinin açılması məsələsini də gündəmə gətirdi. Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya və infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda digər ölkələr üçün əlavə imkanlar yaradacaq.

Zəngəzur dəhlizinin istifadəyə verilməsi, həmçinin Azərbaycanı regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, həm də Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Qeyd olunub ki, dəhliz Azərbaycanın Türkiyə ilə əlaqələrini daha da gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq.

Konfransda idarənin əməkdaşları Mehdi Abdullayevin “10 Noyabr Bəyanatı-Şanlı Qələbə”, Kənan Məmmədovun “Regionda yeni çağırışlar: Zəngəzur dəhlizi” mövzularında çıxışları dinlənilib. Çıxışlarda vurğulanıb ki, indi effektiv quru nəqliyyat xəttinin yaradılması Naxçıvanın inkişafı baxımından böyük nailiyyət deməkdir. O cümlədən azad edilmiş ərazilərin sənaye potensialının inkişaf etdirilməsində bu dəhliz mühüm rol oynayacaq.  Zəngəzur dəhlizi ilə Türk dünyası ölkələri Araz boyunca üstünlük qazanmış olacaqlar.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamları ilə ali və orta ixtisas təhsili müəssisələrində ixtisaslar müvafiq təşkilatlara hamiliyə verilib. Bununla bağlı olaraq tələbələr istehsalat təcrübələrində olur, onlar üçün nümunəvi dərslər və konfranslar keçirilir.

                                                                      Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: