NDU-nun İdman kompleksində basketbol üzrə ictimai hakimlər hazırlanır - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mövzu ilə bağlı təşkil olunan seminarda  universitetin idman sahəsindəki uğurlarından bəhs edən rektor Elbrus İsayev qazanılan nailiyyətlərin ölkədə və muxtar respublikada idmanın inkişafına, gənclərin mənəvi fiziki cəhətdən sağlam yetişməsinə göstərilən diqqət və qayğının nəticəsi kimi qiymətləndirib. 

Universitetin “İdman klubu”nun sədri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Məhəmmədəli Rəhimov bildirib ki, universitetdə 15 idman növü üzrə  məşğələlər fəaliyyət göstərir ki, bu məşğələlərdə hər gün yüzlərlə tələbə idmanın muxtəlif növləri ilə məşğul olur. Vurğulanıb ki, idmanın müxtəlif növləri üzrə idman hakimlərinin hazırlanması da diqqət mərkəzindədir. Voleybol, futbol və cüdo güləşi üzrə seminarlar keçirildiyini diqqətə çəkən klubun sədri qeyd edib ki, artıq basketbol idman növü üzrə də seminar uğurla başa çatıb. Məşqçilik, Bədən tərbiyəsi və idman, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisası tələbələrinin qatıldığı seminarda 15 tələbə iştirak eadib.

Sonra nəzəri biliklərin təcrübədə yoxlanılması məqsədilə iki komanda arasında yoldaşlıq görüşü keçirilib və seminarda iştirak edən “Məşqçilik” ixtisası üzrə I kurs tələbəsi Əlişan Rəhimov və Qumru Musalı oyunun hakimliyini ediblər.

Qeyd edək ki, hakimlər üçün keçirilən seminarın təcrübi cəhətdən faydalılığını yoxlamaq məqsədilə tələbələr aprel ayının 27-dən etibarən keçiriləcək XV universiada proqramına daxil olan basketbol yarışlarını idarə edəcəklər.  

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: