Tələbələr Vətən müharibəsi qaziləri ilə görüşüb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Texniki Kollecində Vətən müharibəsində iştirak edən kollecin məzunlarından - Əli Musayev,  Kamran Şahin Əliyev, Nəcəf Quliyev, Elşən Həsənov və Murad Xudiyevlə görüşüb.

Görüşdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti hərbi təxribat düşmən ölkənin acınacaqlı və biabırçı məğlubiyyəti ilə başa çatdı”,-deyən  kollecin direktoru Asəf Ruşanov bildirib ki, Azərbaycan Ordusunun apardığı 44 günlük Vətən müharibəsi Ermənistan ordusunun darmadağın olması və işğalçı ölkə üçün kapitulyasiya aktı kimi dəyərləndirilən üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi. Bu döyüşlərdə Naxçıvanın da qəhrəman oğulları da mətanətlə iştirak edib, Murovdağın çətinliklərlə dolu yüksəkliklərində, Hadrut və Şuşa əməliyyatlarında və digər ərazilərin azad olunması zamanı böyük şücaət göstəriblər. Qələbəyə gedən çətin və şərəfli yolda kollecin tələbəsi olmuş məzunlar da qəhrəmanlıq göstəriblər. Onların döyüş yolu bir örnəkdir.

Kollecin məzunu, Vətən müharibəsi qazisi Nəcəf Quliyev hərbçilərimizin qəhrəmanlıqlarından danışıb. Görüşdə qazilər tələbələrin suallarını cavablandırıb, Vətən müharibəsi ilə bağlı öz təəssüratlarını bölüşüblər.

Sonda qazilərə xatirə plaketləri təqdim olunub.                                                         

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: