Tələbələr prokurorluq orqanlarının iş prinsipləri ilə tanış olublar - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Prokurorluğuna hamiliyinə verilən Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasının birinci və ikinci kurs tələbələri prokurorluq orqanlarının iş prinsipi ilə tanış olub, praktik təcrübələrə yiyələniblər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublika Prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamları ilə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr aid təşkilatlara hamiliyə verilib. Sərəncamların icrası çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Muxtar Respublika Prokurorluğu arasında qarşılıqlı əməkdaşlıq qurulub, bu istiqamətdə fəaliyyət genişləndirilib.

Qeyd olunub ki, hami təşkilatlar tərəfindən belə tədbirlərin təşkili gələcəkdə müvafiq sahələrdə çalışacaq kadrların daha peşəkar yetişməsinə, ixtisaslarına dərindən yiyələnmələrinə, eləcə də startap ideyaların formalaşdırılmasına yeni imkanlar yaradır.

Naxçıvan Muxtar Respublikası Porkurorluğunun şöbə rəisi, ədliyyə müşaviri Pərviz Zülfüqarov “Startap nədir?” mövzusundan bəhs edərək qeyd edib ki, son illər ölkəmizdə, eləcə də muxtar respublikada müasir informasiyalı cəmiyyətin qurulması, yeni texnologiyaların tətbiqi, gənclərin təşəbbüslərinə geniş yer verilməsi və ideyalarının dəstəklənməsi startap hərəkatının inkişafına səbəb olub.

Tələbələr prokurorluğun kitabxana fondu ilə tanış olub, prokurorluq orqanlarında müraciətlərin baxılması qaydaları haqqında məlumat alıblar.

Sonra onlara prokurorluğun kriminalistik avtomaşınının iş prinsipi izah edilib, cinayət işinin istintaqı zamanı aparılan istintaq hərəkətləri, o cümlədən cinayət işinin başlanması, təqsirləndirilən şəxs qismində cəlbetmə, ittihamı elanetmə qaydaları izah olunub, mövzularla bağlı slaydlar nümayiş etdirilib, əməliyyat yerində işlərin ardıcıllığı barədə məlumatlar verilib.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: