Bununla bağlı Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərə görə, test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilib.
120 dəqiqə vaxt ayrılan test mərhələsi başa çatdıqdan dərhal sonra təhsilverənlərə “Test imtahanının nəticəsi haqqında arayış” təqdim edilib. Test mərhələsində azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın test mərhələsindən keçmiş hesab olunublar.
Sertifikasiya imtahanlarının test mərhələsində ən yüksək nəticələri alman dili, fransız dili, coğrafiya, ingilis dili və təsviri-incəsənət müəllimiyi, ən aşağı nəticələri isə fiziki tərbiyə və ibtidai sinif müəllimliyi ixtisasları göstərib.
Ayrı-ayrı fənlər üzrə statistikaya nəzər salsaq, riyaziyyat müəllimliyi üzrə 467, ibtidai sinif müəllimliyi üzrə 671, Azərbaycan dili müəllimliyi üzrə 420, tarix müəllimliyi üzrə 222, ingilis dili müəllimliyi üzrə 266, fiziki tərbiyə müəllimliyi üzrə 97, biologiya müəllimliyi üzrə 163, texnologiya müəllimliyi üzrə 129, fizika müəllimliyi üzrə 185, kimya müəllimliyi üzrə 133, coğrafiya müəllimliyi üzrə 110, rus dili müəllimliyi üzrə 101, informatika müəllimliyi üzrə 95, gənclərin çağırışaqədərki hazırlığı müəllimliyi üzrə 100, musiqi müəllimliyi üzrə 42, fransız dili müəllimliyi üzrə 46, təsviri-incəsənət müəllimliyi üzrə 45, alman dili müəllimliyi üzrə 12 nəfər imtahanlarda uğur qazanıb.
Qeyd edək ki, cari il yanvarın 14-dən başlayaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında qərarına uyğun olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən təhsilverənlərin sertifikatlaşdırması üçün test imtahanlarının keçirilməsinə başlanılıb.