“Nizami Gəncəvinin ideal, ədalətli hökmdar konsepsiyası və insan haqları” adlı dəyirmi masa keçirilib
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında təşkil olunan dəyirmi masada Kitabxananın direktoru Tamella Əsgərova Nizami Gəncəvinin dünya ədəbiyyatı tarixində özünəməxsus yer tutduğunu vurğulayıb.
Çıxış edənlər bildirib ki, onun geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Nizami Gəncəvinin əsərləri doqquz yüz ilə yaxındır ki, dünya bədii söz xəzinəsinin incisi kimi bütün nəsillərin, eləcə də bizim mənəvi müasirimizdir.
Sonda Naxçıvan Dövlət Universitetinin və AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşlarının iştirakı ilə mövzu ətrafında müzakirələr aparılıb.