“Elmi əsərlər” və “Axtarışlar” jurnallarının yeni sayı işıq üzü görüb - FOTOLAR

A- A A+

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, hər iki jurnalın 2021-ci il üzrə ilk nömrələri nəşr olunub.

“Elmi əsərlər”in ictimai və humanitar elmlər seriyasının yeni sayında “Heydər Əliyev və azərbaycançılıq ideologiyası”, “Naxçıvan əyaləti və Ordubad dairəsi haqqında dəyərli mənbə”, “Naxçıvan şəhərindəki “Ağamalı kəhrizi” haqqında qeydlər”, “İcbari tibbi sığorta və Naxçıvan Muxtar Respublikasında tətbiqi imkanları”, “Müstəqillik dövrü Naxçıvan ədəbi mühitində ədəbi tənqid” və digər mövzulu məqalələr yer alıb. Burada XX əsrin əvvəllərində Naxçıvanda duz istehsalı, Cənubi Qafqazda mövcud geosiyasi vəziyyət, Naxçıvanın zəngin tarixinin şahidi – qədim yaşayış yerlərində aparılan arxeoloji tədqiqatların nəticələri, etnoqrafiya, iqtisadiyyat, dilçilik, ədəbiyyat, folklor və incəsənətlə bağlı müxtəlif mövzulu tədqiqatların nəticələri öz əksini tapıb.

Ədəbiyyatşünaslıq, folklorşünaslıq, dilçilik və sənətşünaslıqla bağlı materialların dərc olunduğu “Axtarışlar” jurnalında 40-a yaxın tədqiqatçının bir-birindən maraqlı məqalələri yer alıb.

Jurnalın sayca 39-cu nömrəsində “Nizami yaradıcılığı ilə qədim türk dastanları paralelləri”, “Naxçıvanda e.ə. yaşamış Qazan prototürkləri ilə bağlı etnooykonimlər”, “Onomastik frazeologizmlərin frazeoloji sistemdə yeri və mövqeyi”, “Naxçıvan teatrının ilk peşəkar rəssamı – Bəhruz Kəngərli”, “Bəhruz bəy Kəngərli yaradıcılığında natürmort müstəqil janr kimi”, “Heykəltəraş Fuad Əbdürrəhmanovun Nizami Gəncəvi heykəli”, “Sənət nümunələrində yaşanan tarix” və başqa elmi məqalələr verilib.

Qeyd edək ki, “Elmi əsərlər” jurnalının birinci və üçüncü sayları ictimai və humanitar elmlər, digər iki sayı isə təbiət və texniki elmlər seriyası üzrə olmaqla hər iki jurnal ildə 4 dəfə nəşr olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: