Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev NDU tələbələri üçün onlayn seminar keçib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Azərbaycan təsviri sənətinin naməlum səhifələri” adı altında keçirilən seminarda professor Ziyadxan Əliyev Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən dünya incəsənəti tarixində özünəməxsus yer tutan Azərbaycan miniatür sənətindən danışıb və ən qədim miniatür nümunələri sadalanıb. Ölkəmizin təsviri sənət tarixinə öz töhfələrini vermiş Bəhruz Kəngərli, Səttar Bəhlulzadə kimi görkəmli rəssamların əsərləri geniş təhlil edilib. Naxçıvanda professional rəssamlığın təşəkkülünün Bəhruz Kəngərlinin adı ilə bağlı olduğunu bildirən professor vurğulayıb ki, rəssamın əsərlərində dövrün koloriti, öncül mövzuları əksini tapıb. Onun yaradıcılığında mənzərə və portret janrları üstünlük təşkil edir.
Həmçinin Azərbaycan memarlarının müəllifi olduğu türbələr, məscidlər və hamamlar üzərinə boyalı kaşıdan işlənmiş ornament kompozisiyaları seminarın əsas mövzularından olub.
Seminar müəllim və tələbələrin sualları və müzakirələr şəklində davam edib.
Səadət Əliyeva