Naxçıvan Müəllimlər İnstitutunda Aşıq Ələsgərin 200 illiyi qeyd edildi - FOTOLAR

A- A A+

İnstitutun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki,  “Aşıq Ələsgər - 200” adlı elmi praktik və ədəbi - bədii tədbirdə institutun rektoru Azad Novruzov çıxışı dinlənilib.

Bildirilib ki, Aşıq Ələsgər aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb.

Tədbirdə İnstitutun Azərbaycan dili və ədəbiyyat kafedrasının professoru Y.Səfərov “Aşıq Ələsgərin Naxçıvan səfəri”, dosent Fəxriyyə Cəfərova “Aşıq Ələsgər yaradıcılığının dil və üslub xüsusiyyətləri”,  Afət Həsənova “Aşıq Ələsgər haqqa qovuşan sənətkar” mövzularında çıxış ediblər.

Tədbir tələbələrin təqdimatında ədəbi – bədii hissə ilə yekunlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: