Alternativ tibb metodunun tətbiqi məsələlərinə həsr olunmuş respublika elmi konfransı keçirildi - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, konfrans Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər və hüquq fakültəsində təşkil olunub. Rektor Elbrus İsayev ənənəvi tibb əsasında dayanan alternativ müalicə metodlarının qədim tarixə malik olduğunu bildirib, universitetin xəstəxanasında da hazırda bu üsulla müalicə metodlarının tətbiq edildiyi diqqətə çatdırılıb.
“Xroniki qeyri-infeksion xəstəliklərin inteqrativ təbabətlə müalicəsi” adlı çıxışında Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru Fikriyyə İbrahimli qeyd edib ki, inteqrativ təbabət insan orqanizminin bütöv bir sistem olduğunu və bütün proseslərlə əlaqəli olduğunu deyir. Dünyanın 38 ölkəsində tətbiq olunan bu müalicə üsulu diaqnoz və simptomları deyil, bütövlükdə insanı müalicə edir.
AMEA Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru, professor Səyyarə İbadullayevanın, AMEA Genetik Ehtiyatlar İnstitutu, biologiya üzrə fəlsəfə doktoru, dosent Sədrəddin Qurbanovun, universitetin “Ümumi təbabət və kliniki fənlər” kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Elmar Rzayevin mövzu ilə bağlı çıxışı dinlənilib.
Konfrans “Fitoterapiya ilə müalicə metodları”, “Ümumi təbabət” adlı iki bölmədə davam edib.
Səadət Əliyeva