Texniki kollecin tələbələri ilə görüş keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində ixtisasların hamiliyə verilməsi ilə əlaqədar Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri ilə görüş keçirilib.

Görüşdə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar naziri Vüsal Sevdimaliyev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə bağlı  tələbələr təcrübə və seminarlara cəlb edilir, onlar nazirliyin və tabeli qurumlarının fəaliyyəti ilə tanış edilir. Həmçinin nazirlik  əməkdaşlarının Naxçıvan Dövlət Texniki Kollecində pedoqoji fəaliyyətlərinə şərait yaradılır, müvafiq fənlər tədris edilir. Bütün bunların nəticəsidir ki, tərin təcrübi biliklərə yiyələnin kollecin aid ixtisası üzrə məzunlarının məşğulluğu təmin edilir.

Tədbirdə yeni nəsil telekommunikasiya sistemləri və xüsusiyyətləri, avtomat telefon stansiyaları və onların iş prinsipləri, rəqəmli televiziya və peyk yayımı, tezlik diapazonları və zolaqları, məftilli və fiber-optik xətlərin çəkilməsi, muxtar respublikada istifadə olunan internet xidmətləri barədə tələbələrə geniş  məlumat verlib.

Tələbələr kompüterin daxili və xarici qurğuları, onların iş prinsipləri, proqram təminatı, əməliyyat sistemləri, antivirus proqramları, proqramlaşdırma dilləri, müxtəlif müasir proqramlar və ixtisaslarına uyğun texnologiyalar, eləcə də “Windows” əməliyyat sistemi, “Microsoft Office”, internet və qrafik dizayn proqramları, habelə mobil şəbəkə standartları, analoq və rəqəmsal elektronika, süni intellekt, nanotexnologiya, robotexnika, mexatronika və 5G texnologiyaları və digər mövzular barədə slaydlar vasitəsilə məlumatlandırılıb.

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: