NDU Elmi Kitabxanasının yaranması günü qeyd edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  bu münasibətilə  Ali təhsil ocağının İncəsənət fakültəsində “Kitablardan pıçıltılar” adlı tədbir keçirilib. Universitetin rektoru Elbrus İsayev 1968-ci il aprel ayının 23-də fəaliyyətə başlayan kitabxananın keçdiyi tarixi inkişaf yoluna nəzər salıb. Bildirib ki, 2004-cü ildə universitet kitabxanası üçün Avropa standartlarına uyğun yeni beşmərtəbəli binanın inşa edilməsini muxtar respublikada təhsilə, elmə  göstərilən yüksək diqqət və qayğının bəhrəsidir.  Kitabxanada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli sərəncamı ilə “Oxunması zəruri olan kitablar”ın mütəmadi olaraq müzakirə olunduğu dəyirmi masaların əhəmiyyəti vurğulanıb, kitabxana  fondunun zənginləşdirilməsi istiqamətində tövsiyələr  verilib.

Sonra Elmi Kitabxananın fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunub.

Tədbir Elmi Kitabxana və Tələbə Teatr Studiyasının birgə hazırladığı “Oxunması zəruri olan kitablar” silsiləsinə dair kitablardan edilən bədii qiraət nümunələri, əsərlərdən göstərilən ədəbi-bədii kompozisiya ilə də yaddaqalan olub.

 

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: