Əcnəbi tələbələr Nizami Gəncəvinin 880 illik yubileyini qeyd ediblər - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  Naxçıvan Dövlət Universitetinin  İncəsənət fakültəsində əcnəbi tələbələrin təşkilatçılığı ilə “Nizami hər sözü demiş birinci” adlı ədəbi - bədii tədbir keçirilib, “Nizami Gəncəvi – 880” adlı sənədli film nümayiş olunub. Tədbirdə universitetin rektoru Elbrus İsayev xarici tələbələrin belə tədbirlərdə iştirakını yüksək qiymətləndirib. Bildirib ki, ali təhsil ocağında təhsil alan hər bir əcnəbi tələbə təhsillə bərabər, ictimai işlərdə fəallıq nümayiş etdirməli və mədəni-kütləvi tədbirlərdə iştirak etməlidir.

Nizamı Gəncəvi haqqında məlumat verən  filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov qeyd edib ki, Nizami Gəncəvi dahi şair olmaqla bərabər dövrünün məşhur həkimi, elm adamı olub. O, həmçinin dünya dinlərinə bələd olduğu üçün Şeyx adlandırılıb, dünyəvi elmlərə ustalıqla yiyələnib. Əsərlərində hər zaman qadına yüksək qiymət verən dahi şair nəinki şərq aləmində, həmçinin qərb aləmində də tanınır, öyrənilir.

Sonra xarici tələbələrin Nizami Gəncəvinin əsərlərindən hazırladığı bədii qiraət nümunələrindən hazırladıqları videoçarx nümayiş olunub.

Nizami Gəncəvinin şeir və qəzəllərini bədii qiraət edən, şairin poemalarından hissələri səhnələşdirən tələbələrin tədbirdə iştirakı yüksək qiymətləndirilib.

Etibar Dərbəndəliyev

“Jurnalistika” ixtisası üzrə III kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: