“Naxçıvan” Universitetində təşkil olunan tədbir Rəssamlar Birliyinin 50 illk yubileyinə həsr olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universitetində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illk yubileyinə həsr olunmuş tədbir keçirilib.

Universitetin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, bu  gün Rəssamlar Birliyi 56 üzvü ilə günümüzün real mənzərəsinin yaradılmasında, tariximizin və milli dəyərlərimizin təbliğində mühüm rol oynayır. 

Naxçıvan Rəssamlar Birliyinin sədri, əməkdar rəssam Ülviyyə Həmzəyeva diqqətə çatdırıb ki, ümummilli liderimiz Heydər Əliyevin himayəsi ilə 1971-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı, 2000-ci ildə isə həmin təşkilatın bazasında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi yaradılıb. "Ötən ildən birliyin nəzdində ilk dəfə olaraq Gənc rəssamlar bölməsi yaradılıb",- deyən əməkdar rəssam qeyd edib ki, buraya üzv olan və yaxud üzv olmaq istəyən gənclər professional rəssamlarla birlikdə işləyir, onların sərgiləri keçirilir. Bu gün həmin bölmədə 25 gənc təmsil olunur. Naxçıvan Dövlət Universitetində Təsviri incəsənət müəllimliyi, rəngkarlıq, Naxçıvan Müəllimlər İnstitutunda Təsviri incəsənət müəllimliyi ixtisasları Rəssamlar Birliyinin hamiliyinə verilib.

Sənətşünas Nizami Alıyev və digər çıxış edənlər vurğulayıblar ki, Naxçıvanda rəssamlıq sənəti böyük inkişaf yolu keçib. Tarixi Gəmiqaya təsvirlərindən başlayan Naxçıvan rəssamlıq sənəti XII əsrdən etibarən memarlıq məktəbinin təsiri ilə inkişaf edib. XX əsrin əvvəllərində Azərbaycan realist rəssamlığının banisi Bəhruz Kəngərli Naxçıvan rəssamlıq məktəbinə yeni ictimai məzmun qazandırıb, onu forma və təsvir vasitələri ilə zənginləşdirib. Bu ənənələr bu gün də qorunur və yaşadılır.

Tədbirdə universitetin prorektoru Hüseyn Bağırsoylu Rəssamlar Birliyinə üzv seçilib.

Sonra tədbirdə iştirak edən bir qrup rəssama “Naxçıvan” Universitetinin “Təşəkkürnaməsi”si verilib və 17 rəssamın əsərlərindən ibarət sərgiyə baxış olub.

Adilə Səfərova

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: