“Xalq Çalğı Alətləri” kafedrasının hesabat konserti tamaşaçılara xoş ovqat bəxş edib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin “Xalq Çalğı Alətləri” kafedrasında hesabat konsertində xalq və bəstəkar mahnıları ifa edilib. Müəllim və tələbələrin işirakı ilə təqdim edilən konsertin bədii rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aynurə Quliyeva olub. Konsertdə Şəfiqə Axundovanın “Həsrətindən”, Süleyman Əsgərovun “Şalaxo”, Səid Rüstəmovun “Qaytağı”, Vasif Adıgözəlovun “Xoşum gəlir”, Tofiq Bakıxanovun “Görüş yeri”, Cahangir Cahangirovun bəstəkarı olduqları “Lirik mahnı” musiqiləri tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib. Fakültənin müəllim və tələbələrindən ibarət “Misri saz çalanlar” ansamblının ifasında “Koroğlu Dubeytisi, Cəngi Koroğlu” mahnısı səsləndirilib.
Sonda universitetin rektoru Elbrus İsayev konsertlə bağlı xoş təəssüratlarını bölüşüb. Tələbələrin öz müəllimləriylə birgə çıxışı yüksək qiymətləndirilib. Konservatoriyanın bütün tədbirlərdə yüksək fəaliyyətini qiymətləndirən rektor müəllim və tələbələri təbrik edib, konsertdə fəal iştirak edən hər kəsə öz təşəkkürünü bildirib.
Etibar Dərbəndəliyev
“Jurnalistika” ixtisası üzrə III kurs tələbəsi