NDU-da tələbələrinin xalça və tikmə nümunələrindən ibarət sərgi təşkil edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsində “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə II kurs tələbələri ilə birgə kafedranın baş müəllimi Siddiqə Hacıyevanın ərsəyə gətirdikləri xalça və tikmə nümunələrindən ibarət sərgi təşkil edilib. 

Sərgidə 50-yə yaxın dekorativ əl işləri, tikmələr, rəsm nümunələri nümayiş olunub. Naxçıvan xalçaları, xovlu, xovsuz  xalçalar, şəddə, vərni, kilim, cecim, duz torbası və. s növdə sərgilən əl işlərində xalçaçılıqda işlədilən ornamentlər öz əksini tapıb.

Sonra müəllim və tələbələrin sərgi ilə bağlı fikirləri səsləndirilib, tapşırıq və tövsiyələr dəyərləndirilib. 

Qeyd edək ki, sərgidə, həmçinin Siddiqə Hacıyevanın müəllifi olduğu muxtar respublikanın xalçaçılıq xəritəsi yaradılıb. Orijinal üslubda yaradılan xəritədə Naxçıvanın rayonlarının özünəməxsus xalça ornamentləri öz əksini tapıb. Həmçinin sərgidə milli ornamentlərin əks olunduğu kulinariya nümunələri də yer alıb.

Səadət Əliyeva 
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: