ADA Universitetinin müəllimi NDU tələbələri üçün seminar keçib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ali təhsil ocağında ADA Universiteti “İnsan və peşəkar inkişaf” (Human and professional development)” bölməsinin müəllimi Aygün Məmmədovanın seminarı təşkil edilib. İngilis dili və tərcümə kafedrasının müəllim və tələbələri üçün təşkil olunan seminarda Aygün Məmmədova fəaliyyət göstərdiyi ali təhsil ocağı haqda məlumat verib.

Sonra müəllim və tələbələr üçün “Effektiv ünsiyyətin təşkili qaydaları” mövzusunda seminar keçirilib. İngilis dilində təşkil olunmuş seminar-diskussiyada natiq mövzuyla bağlı ətraflı məlumat verib. Verbal və qeyri-verbal ünsiyyət növləri haqda danışan müəllim qeyd edib ki, verbal ünsiyyət nitq vasitəsilə, qeyri-qerbal ünsiyyət isə emosiyalar vasitəsilə baş tutur. Danışıqlarda ünsiyyətin təsirli və səmərəli olması üçün bir neçə əsas məqama diqqət yetirilib. Vurğulanıb ki, ancaq qarşılıqlı anlaşma şəklində baş tutan ünsiyyətdən gözlənilən nəticəni əldə etmək olar. Effektiv ünsiyyət qurmağın qaydalarından danışan Aygün Məmmədova yaxşı bir natiq olmaq üçün yaxşı bir dinləyici olmağın da vacibliyini diqqətə çatdırıb. Həmçinin müəllim və tələbələrin mövzu ilə əlaqədar sualları cavablandırılıb.

Qeyd edək ki, ADA universitetinin əməkdaşı olan Aygün Məmmədova Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin məzunu olub.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: