“Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva orta məktəbdə nümunəvi dərs keçib - FOTOLAR

A- A A+

Universitetin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə “Aşıq Ələsgər - 200” mövzusunda keçirilən dərs şagirdlər tərəfindən maraqla qarşılanıb.

Aşıq Ələsgərin çoxəsrlik keçmişə malik Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etdiyini vurğulayan rektor qeyd edib ki, Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə diqqətlə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Rektor deyib ki, ölkə başçısının Aşıq Əlsəgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamı ədəbiyyatımıza göstərilən diqqət və qayğının bariz ifadəsidir.

Aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin həyat yolu, zəngin irsi haqqında geniş məlumatın verildiyi dərsin sonunda şagirdləri maraqlandıran suallara da aydınlıq gətirilib.

Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2015-ci il 14 mart tarixli Sərəncamına əsasən təşkil olunan nümunəvi dərslər ölkəmizin intellektual gələcəyi naminə atılan məqsədyönlü addımdır. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: