Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının məzmunu və forması, həmçinin modelinə dair nümunələri yenidən təqdim edir.
DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu imtahan bir mərhələdə keçirilir.
İmtahanda 85 tapşırıq təqdim edilir. İmtahan modelinin strukturu aşağıdakı kimidir:
Fənnin adı |
Tapşırıqların tipi və sayı |
Tədris dili |
- Dil qaydalarına dair 10 qapalı tapşırıq; - Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik) və hər mətnə aid 10 tapşırıq; bunlardan 8-i qapalı, 2-si cavabı kodlaşdırıla bilən açıq tipli (seçim) Cəmi: 30 tapşırıq |
Riyaziyyat |
- Qapalı tipli 21 tapşırıq; - Cavabı kodlaşdırıla bilən açıq tipli (hesablama) 4 tapşırıq Cəmi: 25 tapşırıq |
Xarici dil |
- Dinləyib-anlamaya dair 1 mətn (publisistik və ya dialoq formalı) və mətnə aid 6 tapşırıq; bunlardan 5-i qapalı və 1-i cavabı kodlaşdırıla bilən açıq tipli (seçim); - Dil qaydalarına dair 16 tapşırıq: bunlardan 14-ü qapalı və 2-si cavabı kodlaşdırıla bilən açıq tipli (seçim); - Oxuyub-anlamaya dair 1 mətn və mətnə aid 8 tapşırıq; bunlardan 7-si qapalı və 1-i cavabı kodlaşdırıla bilən açıq tipli (seçim) Cəmi: 30 tapşırıq |
İmtahan modelinə dair nümunələrlə DİM-in saytında tanış olmaq mümkündür.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi tərəfindən otk.az portalında yeni imtahan modelinə uyğun sınaq imtahanları keçirilir.