"Sabahın tədqiqatçıları" nın Nəbatat bağına ekskursiyası təşkil olundu - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "Sabahın tədqiqatçıları" layihəsi çərçivəsində bir qrup şagirdin Nəbatat bağına ekskursiyası təşkil olunub.

Şagirdlərin bağa növbəti ekskursiyası zamanı bildirilib ki, Nəbatat bağının təcrübə sahəsi 13,2 hektardır. Burada dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycan florasından toplanılan ayrı-ayrı torpaq və iqlim xüsusiyyətlərinə malik meyvə, meşə və dekorativ ağaclar, kollar, giləmeyvə və üzüm sortları, dekorativ, tropik, subtropik və digər bitkilər əkilərək tədqiq edilir. Burada həmçinin Qafqaz, Aralıq dənizi, Cənub-Şərqi Asiya, Şimali Amerika mənşəli bitkilər əkilərək introduksiya olunur. Bundan başqa yaşıl muzeydə dərman bitkilərinin əkilib becərilməsi və onların artırılması işləri də aparılır, müxtəlif meyvə tingləri calaq edilərək müvafiq təşkilatlara, fermer təsərrüfatlarına paylanılır.

Nəbatat bağındakı “Ultra sera” tipli son texnologiyaya malik istixana ekskursiya içtirakçılarının marağını daha çox çəkib. Şagirdlərin diqqətinə çatdırılıb ki, burada bir çox nadir, sitrus, Hind-Çin, Afrika, Avstraliya, Ərəbistan və digər müxtəlif mənşəli bitkilər olmaqla, 10 bölmə yaradıb.

Qeyd edək ki, ekskursiya "Sabahın tədqiqatçıları" layihəsi çərçivəsində təşkil olunub. 2019-cu ildən icra edilən layihənin məqsədi şagirdləri elmi axtarışlara sövq etməklə onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi-tədqiqat işinə meyli olan istedadlı gənclərin aşkar edilməsidir.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: