Tibb Kollecinin tələbələri NDU-da olub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, universitetinin Tibb fakültəsində kadr hazırlığının vəziyyəti və maddi-texniki baza ilə tanışlıqdan sonra  fakültədə “Naxçıvan Muxtar Respublikasında Tibbi kadr hazırlığında Tibb fakültəsinin və Tibb Kollecinin rolu” mövzusunda tədbir keçirilib.

Universitetin rektoru Elbrus İsayev ixtisaslı kadrların hazırlanması üçün ilk dəfə keçirilən görüşün əhəmiyyətindən danışıb. Bildirib ki, görüşün əsas məqsədi orta ixtisas təhsilini bitirən tələbələrə gələcəkdə ali təhsil seçimi zamanı kömək etmək, tələbələrdə ali təhsil ocağı haqqında geniş təsəvvür yaratmaqdır.

“20 il əvvəl əsası qoyulan fakültənin fəaliyyətinin hal-hazırda günün tələbləri səviyyəsində qurulması məsuliyyətimizi daha da artırır”-deyən  rektor  qeyd edib ki, tələbələr muxtar respublikada fəaliyyət göstərən xəstəxanalarda  təcrübə keçməklə  ixtisaslı tibbi kadr kimi formalaşırlar. 

Naxçıvanda səhiyyənin inkişafından danışan  Səhiyyə naziri Niyazi Novruzov bildirilib ki, bu gün səhiyyə sahəsinə göstərilən yüksək qayğı nəticəsində muxtar respublikanın şəhər, rayon və kəndlərində ən müasir standartlara cavab verən xəstəxana, həkim-ambulatoriyası, feldşer-mama məntəqələri əhaliyə keyfiyyətli tibbi xidməti təmin edir. Bütün bunlarla yanaşı kadr hazırlığı daim diqqətdə saxlandığını deyən nazir vurğulayıb ki, bu istiqamətdə aparılan ardıcıl işlər nəticəsində təhsil ocaqları və səhiyyə müəssisələrinin əməkdaşlığı yüksək səviyyədə qurulub.

Tibb kollecinin direktoru Sona Məmmədova, Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru Elsevər Əsədov muxtar respublikada tibbi kadrların hazırlığından danışıblar.

Qeyd olunub ki, NDU 2021-2022-ci tədris ili üzrə ilk dəfə olaraq “Hərbi tibb” ixtisası üzrə kadr hazırlığını həyata keçirəcək və  universitet gələcəkdə hərbi tibb işçilərinin yetişməsinə öz töhfəsini verəcək.

Tədbirin sonunda fakültə haqqında videoçarxa baxış olub.

Fəxriyyə Səyyadova

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: