"Naxçıvan" Universitetində elektron kitabxana sistemi yaradılıb - FOTOLAR

250

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "Naxçıvan" Universitetinin elektron kitabxanasının təqdimatı keçirilib.

Təqdimat mərasimində universitetin rektoru Nurlana Əliyeva  bildirib ki, "Naxçıvan" Universitetinin Elmi Kitabxanası 1999-cu ildən fəaliyyatə başlayıb. Kitabxana çap əsərləri, digər informasiya daşıyıcıları toplanaraq muxtar respublikada elmi kadrların hazırlanmasında xüsusi rol oynayan elmi mərkəz kimi fəaliyyət göstərir. 2015-ci ildə isə Elmi Kitabxana üçün yeni bina inşa edilib, maddi texniki bazası möhkəmləndirilib, fond yeni ədəbiyyatla zənginləşdirilib. Kitabxanada ayrı-ayrı elm sahələri üzrə qruplaşdırılan 8 fond va 8 oxu zalı, fəaliyyət gösətərir. Kitabxananın fondunda müxtəlif dillərdə 15 mindən artıq ədəbiyyat saxlanılır. Rektor bildirib ki, kitabxana həm respublika, həm də xarici ölkələrin universitet və kitabxanaları ilə beynalxalq informasiya mübadiləsi aparır. Eyni zamanda "Elektron informasiya xidmət zalı"nda internet səbəkəsi ilə təmin olunan 18 kompüter ödənişsiz olaraq tələbələrə xidmət edir. Nurlana Əliyeva elektron kitabxana sisteminin hazırlanması zamanı dünya təcrübəsindən yararlandığını, eyni zamanda  Azərbaycan kitabxana sisteminin özünəməxsuslarında nəzərə alındığını da qeyd edib. 

Universitetin Kitabxana müdiri Zamin Babazadə, elektron texnika üzrə mütəxəssis Şəfiqə İmanova yeni yaradılan elektron kitabxana barədə məlumat veriblər. Qeyd olunub ki, avtomatlaşdırılan idarəetmə sisteminin tətbiq olunduğu kitabxanada elektron kataloqun tərtibi, elektron kitabxananın təşkili, oxucuların qeydiyyatı, kitab verilişi, kitab fondunun komplektləşdirilməsi bölmələri daxildir. Elektron kitabxananın məqəsdi mərkəzləşdirilən kitabxana və informasiya bazasının formalaşdırılması,  geniş elektron kitab bazasına giriş imkanı, oxucu va kitabxana arasında daha rahat, vaxt itkisi olmadan operativ münasibətlərin qurulmasndan ibarətdir. Sistemin onlayn formatda çalışması bura dünyanın istənilən nöqtəsindən daxil olmaq imkanı yaradır. Sistem həmçinin unikal axtarış sistemi və müxtəlif çeşidli hesabatlara malikdir. Burada kitabxana haqqında məlumat almaq, xəbərlərlə, tanış olmaq, fonda yeni daxil olan kitablar barədə informasiya əldə etmək olar.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: