Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün saat 23.59-da başa çatır.
NUHÇIXAN xəbər verir ki, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
Avqustun 6-sı saat 10:00-a olan məlumata əsasən, Azərbaycan bölməsi üzrə 11 min 444, rus bölməsi üzrə 227 abituriyent olmaqla, cəmi 11 min 671 abituriyent ixtisas seçimi edib.
Müsabiqəyə qeyd olunan müddət ərzində ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.