Kimya ixtisası üzrə üçüncü kurs tələbələri laboratoriyada təcrübə keçiblər - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin hamiliyinə verilən Naxçıvan Dövlət Universitetinin kimya ixtisası üzrə üçüncü kurs tələbələri Təbii Ehtiyatlar İnstitutunun laboratoriyasında praktik təcrübələrə yiyələniblər.

Tələbələrlə görüşdə kimya üzrə fəlsəfə doktoru Əhməd Qarayev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamları ilə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr aid təşkilatlara hamiliyə verilib. Sərəncamların icrası çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə  akademiya arasında qarşılıqlı əməkdaşlıq qurulub, bu istiqamətdə fəaliyyət genişləndirilib.

Qeyd olunub ki, hami təşkilatlar tərəfindən belə tədbirlərin təşkili gələcəkdə müvafiq sahələrdə çalışacaq kadrların peşəkar şəkildə yetişməsinə, ixtisaslarına dərindən yiyələnmələrinə şərait yaradır.

Tələbələrlə görüşdə onların nəzəri bilikləri yoxlanılıb, onlara “Kimyəvi reaksiyaların təsnifatı”na dair təcrübi məşğələ keçirilib. Qeyd olunub ki, tələbələr həm kimyanın nəzəri bilklərinə yiyələnir, həm də aparılan təcrübələrlə yaxından tanış olur, öyrəndiklərini daha da möhkəmləndirirlər.

Tələbələr laboratoriya ilə tanış olub, kimyəvi reaksiyalar haqqında məlumat alıblar.

Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: